Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4048 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.
Sutka ərzində daha 4048 nəfər koronavirusa yoluxdu
Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 104732 nəfərə, ölənlərin sayı isə 976 nəfərə çatıb. Virusa yoluxanlardan 85 639 nəfərin sağaldığı bildirilir.