Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə V çağırış Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Panama Respublikasında şərikli biznesi üzə çıxıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, H.Mirələmovun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir. Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib”.
Qeyd: Hakim Yeni Azərbaycan Partiyası H.Mirələmovun 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb.