Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Nəsimi Paşayevin imza toplama kampaniyası başa çatdı

1 300
Paylaş:
Nəsimi Paşayevin imza toplama kampaniyası başa çatdı

Marketoloq Nəsimi Paşayev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün imzatoplama kampaniyasını başa çatdırıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə N.Paşayev özü məlumat verib.

O deyib ki, imza vərəqələrini və müvafiq sənədləri 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin dairə seçki komissiyasına təqdim edib.

N.Paşayev əvvəllər "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri olub.

Qeyd: Hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin namizədliyini irəli sürüb.

Paylaş:

Ən son xəbərlər