Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə gün əvvəl Füzuli və Cəbrayıl şəhərlərinə, noyabrın 23-də isə Ağdama səfər etdilər.
Dövlət rəhbərlərimizin Ağdama səfərindən hazırlanan videoreportajlar əyani şəkildə bir daha göstərdi ki, şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz erməni faşizmi tərəfindən viran qoyulub.
Özlərini dünyaya “ən qədim”, “ən mədəni”, “ən ağıllı” millət kimi sırımağa çalışan bu toplumu, əslində, idarə edən qəbilə instinktidir. Yalnız belə bir toplum qədim şəhərlərimizi yerlə-yeksan edə, tarixi, mədəni və dini abidələrimizdən qisas ala bilərdi.
Sağlam məntiq və normal insan düşüncəsi ilə onların bu vəhşiliyini izah etmək, ekranda gördüyümüz mənzərəni sakitliklə seyr etmək mümkün deyil.
Bu vandallar azərbaycanlılara məxsus olub deyə, daşdan-kəsəkdən də qisas alıblar. Yalnız vəhşi instinktlə idarə olunan bir toplum Xocalı soyqırımını törədə və türkə bu dərəcədə nifrət edə bilər.
Çöl-biyabana çevrilən şəhərlərimiz minalardan hələ təmizlənməyib, qəbilə tör-töküntülərinin siçan kimi hansısa dəlmə-deşikdə gizlənməsi istisna deyil.
Dövlət rəhbərlərimizin səfərləri cəmiyyətimiz tərəfindən yüksək hörmət və rəğbətlə qarşılansa da, real təhlükə ehtimalları xüsusi dəyər verdikləri bu iki şəxsiyyətə görə insanlarımızda haqlı narahatlıq doğurur. Yalnız Ağdam məscidindən hazırlanan videoreportaja baxdıqdan və cənab Prezidentin məscidin önündə etdiyi çıxışı dinlədikdən sonra həqiqətlərin kökünə vara bilirsən.