“Hamı böyük səbrlə sizə qulaq asdı. Siz bizim içimizdən çıxmısız, bir az yerlibazlıq edib, həm deputatlar, həm də mən imkan yaratdıq ki, bütün hesabatı Milli Məclisdə təqdim edəsiniz”.
"Yerlibazlıq edib imkan yaratdıq ki, hesabatı təqdim edəsiniz" Spikerdən Sahil Babayevə
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin çıxışından sonra deyib.
Spiker bildirib ki, çox şadam ki, prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər: “Siz çıxışdan çox deputatların səsləndirdiyi təklif və iradlara cavab verməyə yer ayırdınız. Hələ qarşıda ikinci və üçüncü oxunuş var".