BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu – FOTO

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini irəli sürüb.

 

Pravda.az-ın xəbərinə görə, S.Şahbazova Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktorudur.

 

Mediada namizədlə bağlı məlumatlar məhdud səviyyədədir. S.Şahbazova Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazovun həyat yoldaşıdır.

 

Biləsuvardan verilən məlumatlarda qeyd olunur ki, Heydər Əliyev Mərkəzində müəllimlər məşğələlər təşkil edirlər. Bu da rayonda birmənalı qarşılanmır.

 

Qeyd: Hazırda 66 saylı Biləsuvar seçki dairəsinin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıdır.

Fotoları təqdim edirik
Tarix: 29 Dekabr 2019, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin