Azərbaycan ordusu Çərəktara niyə girmir? Bura gecikmək kəndi itirmək deməkdir...
Çərəktar kəndi sovet dönəmində DQMV Mardakert rayonuna aid olub. 1991-ci ilin payızında Çərəktar kəndini ermənilər işğal etdi və kəndi yandırdı. 1992-ci ildə Azərbaycan ordusu Mardakertin bütün kəndlərini, o cümlədən, Çərəktarı da azad etdi. 1992-ci ilin oktyabrında Azərbaycan Milli Məclisinin qərarı ilə Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə adlandırıldı. Bundan sonra Ağdərə rayonu ləğv edildi, ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonlarının ərazisinə verildi. O zaman Çərəktar kəndi də Kəlbəcər rayonuna verildi. 1993- çü ildə Kəlbəcər işğal olunandan sonra Çərəktar da tam ermənilərin əlinə keçdi. 1994-cü ildən sonra ermənilər də tutduqları ərazilərdə yeni ərazi vahidləri yaratmağa başladılar. Kəlbəcər rayonunun adını dəyişərək onun adını Şaumyan rayonu, Kəlbəcər rayon mərkəzinin adını da Karvaçar qoydular. Karvaçar sadəcə Şaumyan rayonunun mərkəzi sayılırdı. Kəlbəcər rayonu ərazisi isə Şaumyan adlanırdı. Çərəktar kəndi işğalçılar tərəfindən məskunlaşdırılmış və orada daha çox Ermənistandan gətirilən əhali, təxminən 40 evdə məskunlaşıb.
Çərəktar kəndi də yaradılmış Şaumyan rayonu inzibati ərazisinə daxil edilmişdi. Eynilə Agdərənin Kəlbəcərə yaxın bir çox kəndlərini, o cümlədən, Umudlu kəndinin də adını Aknaberd qoyub Şaumyana birləşdirilmişdilər
Bu baxımdan indi Kəlbəcərdən ermənilərin çıxması gündəliyə gələn kimi ermənilər də Kəlbəcərli kimi bu Çərəktar və Umudlu kəndlərindən də çıxmağa başladılar və onların əksəriyyəti evlərini yandırıb Ermənistana qaçdılar. Çünki Agdərənin erməni icra hakimiyyəti bura məsuliyyət daşımırdı və burada yaşayanlar da Kəlbəcərli-Şaumyanlı kimi Noyabrın 10-dan başlayaraq ilk qacanlardan idi.
Çərəktarın da adı ermənilər tərəfindən Azərbaycan ordusunun nəzarətinə keçən kəndlər siyahısında 3 gün öncə erməni mətbuatında geniş verilmişdi. Çərəktar və Umudlu kəndləri indi boş qalıb. Bu gün ermənilər duyuq düşmüşlər ki, Çərəktar kəndində nə Azərbaycan və nə də Rus əsgərləri var. Ona görə də qərara almışlar ki, Çərəktarı yenidən tutsunlar. Məsələnin çılpaqlığı budur.