“Makron qudurub. Fransada erməni lobbisi yoxdur. Bu, Fransanın türklərə münasibətidir. Fransa Türkiyənin qələbələrini həzm edə bilmir”.
“Sən Allah, ATƏT-in Minsk qrupundan az danışın, camaat qorxur”
Pravda.az xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Aqil Abbas deyib.
“Prezident deyir ki, status-kvo gorbagor oldu. İndi Minsk qrupunu Ankara və Bakı əvəz edir. İndi Dağlıq Qarabağ da yoxdur. Qarabağ var. Bunu Putin də dedi. Sən Allah, bu ATƏT-in Minsk qrupundan az danışın. Camaat qorxur”, - deputat əlavə edib.