Fransa senatında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı ərazi bütövlüyümüzə hörmətsizlik və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müşaiət olunan qətnamənin qəbul edilməsi Azərbaycan diplomatiyasını oyadıb çevik hücum taktikasına keçməyin vaxtının çatdığı barədə xəbərdarlıq olmalıdır. Necə ki, Ali Baş Komandan qəhrəman, peşəkar Azərbaycan əsgəri ilə çevik, ağıllı hərbi-taktiki əks hücumla müasir dünyanın ən sürətli, intellektual, yüksək texnoloji müharibəsi nümunəsini yaradaraq döyüş sahəsində, hərb meydanında zəfər çaldı, indi növbə diplomatiyanındır.
Sözsüz ki, Azərbaycan Prezidentinin beynəlxalq siyasəti və xarici siyasət strategiyası bugünkü Azərbaycanın dünyadakı nüfuzunu, siyasi çəkisini, iqtisadi gücünü şərtləndirir və nümayiş etdirir. Ancaq diplomat kadrların vətənpərliyi, peşakarlığı və çevik fəaliyyəti qətiyyən hərbi zəfərimizi şərtləndirən heç parametrlə səsləşmir, hətta müqayisə belə olunmur.
Əgər Elmar Məmmədyarov bu yaşa qədər azərbaycanlı adı ilə qediyyatdan keçib məsul bir vəzifə daşıyıbsa və bu xalqın, bu millətin dilində danışmağı, yazıb oxumağı öyrənə bilməyibsə onun təfəkkürü düşüncə tərzi, milli bağlılığı, vətənpərvərliyi, milli ruhu necə ola bilər və yaxud necə formalaşa bilərsə bu aydın sual və bəlli cavabdır.
Həmin baş diplomatın peşəkarlıq, vətənpərvlik keyfiyyətləri də ən kritik, ən məsuliyyətli məqamlarda Azərbaycanın Rusiya və Ukrayna səfirlərinin timsalında özünü açıq biruzə verdi. Azərbaycanın Ukraynadakı səfiri bircə dəfə nəsə demək istədi “Quş buraxdı” və onunla da bilindi ki, Elmira Axundova səfir imiş və Rusiyaya xüsusi simpatiyası var imiş. Ya da Eldar Həsənov.
Diplomatlarımızın xeyli hissəsi, göründüyü kimi nəinki çevik, qabaqlayıcı, təşəbbüskarlıq, hücüm taktikası, heç müdafiə taktikasını da aktiv fəaliyyət sərgiləyə bilmirlər.
Fransa senatından Fransa Respublikasının yaxın tarixdə dünyanın müxtəlif xalqlarına qarşı törətdiyi işğalçılıq, müstəmləkəçilik, soyqırım faktlarından utanacağını gözləməyə dəyməz.