BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusu təyin etmək üçün ev testi

Tanınmış ukraynalı həkim Evgeniy Komarovskiy koronavirusu təyin etmək üçün çox sadə üsul açıqlayıb.

 

Pravda.az xəbər verir ki, həkimin sözlərinə görə, koronavirusun əsas simptomlarından biri iybilmənin pozulması və ya itməsidir. Bunun səbəbi virusun beyində iybilməyə cavabdeh olan neyronların zədələnməsidir.

 

Soyuqdəymə zamanı da iybilmə azala bilər, lakin bunun səbəbi güclü zökəmdir – burunda çoxlu selik yığılır, selik axır və bunun nəticəsində də qoxubilmə azalır.

 

Koronavirus xəstələrində isə burun adətən axmır, amma onların bir çoxu ən kəskin qoxuları belə ayırd edə bilmirlər.

 

Bunu nəzərə alaraq Komarovskiy "sarımsaq testini" təklif edib. "Bu termometriyadan daha effektli testdir" – həkim bildirib. Əgər insan sarımsağın iyini hiss etmirsə, bu koronavirusa yoluxmaya işarə edə bilər.Sağlamolun.az

Tarix: 29 Noyabr 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin