Gürcüstan parlamentinin onuncu çağırışının ilk iclası günü müxalifət partiyaları qanunverici orqanı boykot edən rəsmi bəyanat imzalamağı və partiya siyahılarını geri götürməyi düşünür.
Pravda.az “Novosti-Georgia”ya istinadən xəbər verir ki, bu barədə “Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze bildirib.
2020-ci il parlament seçkilərinin nəticələrinə görə, hakim “Gürcü Arzusu” partiyası qanunverici orqanda ən çox yer – 90 mandat qazanıb. Qalan 60 yer səkkiz müxalifət partiyası arasında bölüşdürülüb. Həmin partiyaların hamısı 31 oktyabr seçkilərinin nəticələrinin saxtalaşdırıldığına inanır və erkən seçki tələb edirlər.