Altı yaşlı qızının özündən olmadığını düşünən kişi uşağı diri-diri yandırıb.
“Life Shot” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Xakasiyada baş verib.
Məlumata görə, Andrey Salomatov uzunmüddətli işdən sonra evə qayıdıb. 41 yaşlı kişi və arvadı Yelena bunu qeyd etmək qərarına gəliblər. Sərxoş olan cütlük bir müddət sonra dava etməyə başlayıblar. Kişi arvadını xəyanətdə ittiham edərək divanı yandırıb. Divanın yanında isə altı yaşlı qızlarının yatdığı çarpayı olub və alov ora keçib. Lakin kişi uşağı xilas etmək əvəzinə, qadını çölə çıxardıb. Qızcığaz faciəvi şəkildə həlak olub.