BURADA REKLAMINIZ OLA
BİLƏR

Sülhməramlıların daha bir karvanı Xankəndiyə çatdı

Rusiya sülhməramlılarının növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib.

 

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, noyabrın 28-də sülhməramlılardan ibarət şəxsi heyət, avtomobil və xüsusi nəqliyyat vasitələri, habelə digər maddi-texniki təchizat vasitələri Rusiyadan qatarla Azərbaycana yola salınıb. Sözügedən hərbi təchizat vasitələri və yüklər noyabrın 29-da Bərdə dəmir yolu stansiyasına çatıb. Daha sonra Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndiyə gətirilib.

 

Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirilib ki, hazırda bütün təmas xətti boyunca atəşkəs müşahidə edilir.

Tarix: 30 Noyabr 2020, 00:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin