BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçınla bağlı daha bir AÇIQLAMA

"Hesab edirəm ki, Laçının təhvil verilməsi (1 dekabr) ilə bağlı hər hansı bir təxribat olmamalıdır".

 

Bunu Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

 

Polkovnik bildirib ki, Laçının sabah Azərbaycana təhvil verilməsi zamanı təxribat gözlənilmir:

 

"Kəlbəcərin işğaldan azad olunması (təhvil verilməsi) məsələsində də düşmən təxribat törədə bilmədi. Laçından da ermənilər çox güman ki, verilən vaxta ərazini tərk edəcəklər. Amma yeganə bir şey var ki, ermənilər öz murdar əməllərindən əl çəkmirlər. Gedəndə əraziləri, yaşadıqları evləri, binaları qarət edirlər, ondan sonra da yandırırlar. Yəni, bu, ermənilərə xas olan bir "iş"dir. Etsinlər, eybi yoxdur! Təzminat ödəyərlər, biz də onların pulları ilə oralarda ondan yaxşı binalar tikərik. Çox güman ki, hər şey planlaşdırıldığı kimi başa çatacaq. Çünki ortada Rusiya prezidenti var. Hesab edirəm ki, ona görə hər şey qaydasında olacaq".

 

Xatırladaq ki, noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən Ağdam rayonu işğaldan azad olundu. Noyabrın 25-dək Kəlbəcər rayonu qaytarıldı, dekabr ayının 1-dək isə Laçın rayonu Azərbaycanın yurisdiksiyasına qaytarılacaqdır.Milli.az

Tarix: 30 Noyabr 2020, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin