Gürcüstan Azərbaycandan 100 ton maye tibbi oksigen idxal edib.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “Rustavi 2” telekanalına bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub: “Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırlmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”.