Milli Məclisin deputatı Məlahət İbrahimqızı suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Məlahət xanım, tarixi zəfərimizi şərtləndirən amilləri necə şərh edərdiniz?
- Tarixi zəfərimizin ümumiləşdirilmiş formasını Müzəffər Ali Baş Komandanımız daha aydın və dolğun şəkildə qiymətləndirib. Müzəffər Ordumuzun qələbəyə imza atması xalqımızın əzmi, birliyi sayəsində mümkün olub. Bu gün dünyada güc ayrı-ayrı anlamlarda başa düşülür. Haqlı-haqsız, ədalətli-ədalətsiz yanaşmalar alt-üst olur. Güclüsənsə, nə istəyirsən onu edə bilərsən. "Məzlumu əzə və yaxud hansısa prinsipləri diktə edə bilərsən" anlayışlarını az-çox görmüşük. Çox təəssüf ki, III minillikdə biz belə halları görməli olduq. Dünya sivilizasiyasının inkişafının bu mərhələsində belə anlayışlar mövcuddur.
Yüz il öncə tarixi ədəbiyyatlardan da aldığımız məlumatlarda bildirilirdi ki, bəşəriyyət daha hümanis olacaq. Düşünülürdü ki, XX əsrin sonuna doğru insanlar daha hümanist, dövlətələr sosial yönümlü olacaq. Amma bu gün bütün bunların əksini gördük. XX əsrin sonlarına II dünya müharibəsindən, BMT-nin yaranmasından sonra insanların böyük ümidi vardı. Hər zaman əzilən, müstəmləkəyə məhkum edilən xalqlarda bir ümid yaranmışdı. II Dünya müharibəsindən sonra isə xalqlar müstəmləkəçiliyin başqa formatını gördü. XX əsrin sonuna doğru ən çox rast gəlinən ifadə ikili standart terminləri oldu. Amma XXI əsrdə isə biz artıq ikili standartlar deyil riyakarlıqlarla qarşılaşdıq. Daha çox bəzi insanlar kimi dövlətlərdə üzlərindəki maskanı çıxardılar. Müasir dövrdə belə bir tendensiya ilə üz-üzə qaldıq.
Cənab Prezident 2003-cü ildə hakimiyyətə gəldikdən sonra daxili siyasətdə hümanist sosial prinsipləri hüququn aliliyində görməli olduq. Sonuncu 10 illiklərdə dünyada gedən proseslərdə göstərdi ki, beynəlxalq hüququn prinsiplərinə arxalanmaq kifayət etmir. Digər amillərdə daha diqqətli olmalıyıq. Məhz milli birliyimiz bizim bu günkü qələbəmizi şərtləndirən ən başlıca amil oldu. Çünki dövlət, xalq-iqtidar birliyi fonunda düşmənə ən laqyiqli və sərt cəza verildi. Bütün dünya Azərbaycan xalqının birliyindən, onun sücaətindən danışmağa başladı. İllərdir davam edən haqsız mübarizədə haqlı olduğumuzu bütün dünyaya bəyan etdik. Bu xalqımızın birliyi və lazım olanda vahid gücə çevrilməsi sayəsində mümkün oldu.
- Düşmən etiraf etdi ki, təkcə hərbi cəbhədə deyil, diplomatiya sahəsində də Azərbaycana uduzur. Sizcə, bu müharibə ilə “güclü erməni lobbisi” anlayışı da fiaskoya uğradımı?
- Diplomatiya çox böyük məhfumdur. Bu bir dövlətin apardığı xarici siyasətdir. Diplomatiya müxtəlif istiqamətlərdə ola bilər. Danışıqlar, masa arxasında, infomasiya, eyni zamanda hərbi istiqamətində aparılan diplomatiya mövcuddur. Ötən dövr ərzində cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə diplomatiya sahəsində çox mühüm uğurlara imza atılıb. Mədəni sahədə əldə edilən diplomatik uğurlar nəticəsində Azərbaycanı bütün dünya tanıyıb. YUNESCO, İSESCO səviyyəsində ölkəmizə böyük dəstək yaranıb. Cənab Prezident və birinci-vitse prezident Ağdam məscidini ziyarət edərkən də bildirdi ki, mədəniyyətlərarası dialoqla, sivilizasiyalararasi əməkdaşlıq, dinlərlə bağlı münasibətdə Azərbaycan ən yükək əməkdaşlığa malikdir. Tək Heydər Əliyev Fondu özlüyündə mədəni diplomatik əlaqələrin qurulmasında və daha da möhkəmlənməsində mühüm uğurlar qazanıb. Azərbaycan YUNESKO və İSESKO-da böyük tarixi uğura imza atdı. Bu birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi sayədinə mümkün olub. Eyni zamanda xalq diplomatiyası sahəsində də Azərbaycan öz üzərinə düşən missiyası layiqincə yerinə yetirdi. Hətta Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xalq diplomatiyasi yolu ilə də həlli istiqamətində ciddi addımlar atıldı. Bir vaxtlar azərbaycanlı ziyalılar bunun bağlı qarşılıqlı səfərlərdə olub. Amma təəsüf ki, düşmən bu yüksək mədəni jesti də layiqincə qiymətləndirə bilmədi. Paralel olaraq informasiya sahəsində də diplomatik prinsiplər üzərində işlər görüldü. Azərbaycan dünyanın aparıcı media quruluşları üçün əməkdaşlıqda maraqlı olub. Son proseslər də göstərdi ki, Azərbaycanla bağlı bütün məsələlər dünya mediasının diqqətindədir.
Cənab Prezidentin 44 günlük müharibə dövründə onlarla xarici media quruluşu ilə müsahibədə olması Ona ünvanlanan suallar ölkəmizlə bağlı son dərəcədə diqqətdən qaynaqlanırdı. Doğrudur bəzi qüvvələr öz çirkin niyyətlərini media sahəsində də yaymağa çalışırdılar. Amma bunların qarşısı qətiyyətlə alındı. Cənab Prezidentə ünvanlanan suallarda da bu çalarlar özünün göstərirdi. Sözsüz ki, böyük diplomatik bacarığa malik olan cənab Prezident ünvanlanan təxribat xarakterli suallara tutarlı cavablar verməklə onları öz yerində oturdub. Ali Baş Komandanımız cəbhədə hərbdə olduğu kimi diplomatiyanın bütün sahələrində də zəfər qazandı.
2003-cü ildən cənab Prezident bütün çıxışlarında vermiş olduğu müsahibələrdə dəfələrlə vurğuladı ki, Azərbaycan bir qarşı torpağını belə düşmənə güzəştə getməyəcək. Sözsüz sülh yolu ilə danışıqlar aparılsa da Cənab Prezident xalqımızın səbrinin tükənməz olduğunu da dəfələrlə vurğulayıb. Son baş verən proseslər isə Azərbaycan xalqının səbrini tükətmişdi.
- Bundan sonra xalqların birgəyaşayışını mümkün hesab edirsinizmi?
- Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirirb ki, erməni xalqı ilə bizim heç bir problemimiz yoxdur. Azərbaycan xalqına qarşı heç bir cinayətdə əli olmayan, iştirak etməyən o ərazilərə sonradan köçüb gəlməyən ermənilər ölkəmizin qanunları ilə yaşamaq hüququ əldə edə bilər. Biz də bilirik ki, sadə erməniləri hər zaman onlara havadarlıq edənlər, cinayətkar dəstələr çirkin əməllər sövq edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.