"Noyabrın 10-da imzalanmış birgə bəyanatda göstərilir ki, Ermənistan ordusu Dağlıq Qarabağdan tamamilə çıxarılacaq və orada nəzarəti Rusiya sülhməramlıları həyata keçirəcək. Təbii ki, burada söhbət ermənilərin yaşadığı ərazilərdən və Laçın koridorunun bir hissəsindən gedir. Ümumilikdə Xankəndi, Xocalı, Xocavənd də daxil olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olacaq”.
Bu sözləri millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, əldə olunan razılaşmada ermənilərin yaşayacağı ərazilərin xüsusi statusunun olmadığını bildirib:
Əgər orada status məsələsi yoxdursa, Ermənistanın həmin ərazilərdə heç bir hüququi təsiri yoxdur. Bir sözlə, Azərbaycanın digər rayonları hansı statusdadırsa, həmin ərazilər də o statusda olacaq. Ermənilər Xankəndi və digər rayonlarda ancaq Azərbaycan qanunları çərivəsində yaşayacaqlar.