“Sentyabrın 27-də başlayan əks-hücum və torpaqlarımız işğaldan azad edilməsi əməliyyatı möhtəşəm hərbi qələbə ilə başa çatdı. Əsgərin və Ordunun qəhramanlığı nəticəsində noyabrın 9-u gecə danışıqlar Azərbaycanın üstün mövqeyi ilə başladı, Prezidentin əlini gücləndirdi və mümkün olan ən yaxşı mətnlə nəticələndi. Daha artığı mümkün idimi?! Məncə, reallıq hissi ilə düşünəndə, mümkün deyildi. Rusiya faktorunu tam neytrallaşdıra bilmədik, mümkün olmadı, əslində Rusiyadan istifadə etdik deyə, bəzi müvəqqəti güzəştlərə də getməyə məcbur idik”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
Xatırlayırsınızsa, 44 günlük müharibə zamanı dəfələrlə yazırdım ki, “Çanakkaleyə” hazırıqmı?! Bu o demək idi ki, Rusiya faktorunu da gözümüzün önünə alıb sona qədər getməli, onminlərlə itkini, dağılacaq şəhərlərimizi və kəndlərimizi gözə almalı idik. Şimal qonşu artıq buna hazırlıq görür, hətta biz üçtərəfli sazişə “yox” deyib Xankəndinə tərəf getsəydik, yenə qoşununu, bir daha heç vaxt çıxmayacaq şəkildə ölkəmizə soxacaqdı, bəhanələr də var idi, uydurma, qondarma “genosid” deyib gələcəkdilər. Dünyanın indiki durumuna baxanda heç kəs də Rusiyaya “dur” deməyəcəkdi, çünki ilk gündən mənfur düşmən münaqişəni dini-etnik zəminə çəkməyə, öz alçaq işğalçı siyasətini bununla pərdələməyə çalışırdı, Kreml də buna “zuy” tutur, bu versiyanı təbliğ edirdi. Ona görə də, Azərbaycan noyabrın 9-da ən doğru və optimal olan qərar Verdi, hərbi üstünlüyün, Əsgərimizin bilək gücünün hesabına həmin ana ən yaxşı şərtləri qəbul etdirə bildi. Torpaqlarımızın işğaldan azad edilməsinin, Şuşa kimi mənəvi dayağımızın döyüşlə, Ağdamın, Kəlbəcərin, Laçının diplomatiya ilə azad edilməsinin bədəli Rusiya “sülhməramlılarının” müvəqqəti və qanunsuz olaraq ölkəmizə gəlməsinə razılıq oldu. Azərbaycan Parlamenti Rusiya əsgəri ilə bağlı qərar verməyib, doğru edib, düzgün taktika seçilib. Bu gələcəkdə bizim üçün ciddi istinad nöqtəsi olacaq. Türkiyə əsgərinin də gəlməsinin gecikdirilməsi çox doğru taktiki addım idi, bu gün Laçının da qayıtması artıq ptəxribatların önünü kəsdi, Türkiyə əsgərinin gəlişinin yarada biləcəyi provokativ addımları heçə endirdi. Əminəm ki, yaxın günlərdə Türk Əsgəri Azərbaycanda olacaq!” – N.Cəfərli qeyd edib.
Ekspert təkliflər də verib: