BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskovdan dəhlizlə bağlı AÇIQLAMA

“Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı yeni dəhlizlə bağlı açıqlamasını şərh etmir, lakin ümumilikdə nəqliyyat məsələləri Rusiya və Azərbaycan başçılarının gündəmindədir”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Məsələ ilə əlaqədar müvafiq suala cavabda Peskov belə deyib: “Xüsusi olaraq bu mövzuya şərh verməyəcəyəm”.

 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Naxçıvanı Azərbaycanın qərb hissəsi ilə birləşdirən bir dəhliz yaratmağı təklif etdiyini söyləyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan fikrə müsbət reaksiya göstəriblər.

Tarix: 1 Dekabr 2020, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin