BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yaydı

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

 

Pravda.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun bu gün Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

 

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

 

İ. Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da söyləyib: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.

Tarix: 1 Dekabr 2020, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin