“Prezident İlham Əliyev daha "Dağlıq Qarabağ münaqişəsi" deməməyi təklif edir. Əvəzi haqda fikri yoxdur, hər şeyi durumun inkişafına buraxır. Amma söhbəti xalq və beynəlxalq yaradıcılığının öhdəsinə bu cür buraxmaq düzgün olmaz”.
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov qeyd edib ki, 30 ildir yanlış təsəvvürlərdən doğan bir çox terminoloji səhvləri düzəltməyə vaxt ayırmalı olurduq, zərərini azaltmağa çalışırdıq: “Şəxsi fikrimdir: Son çıxışında İlham Əliyevin təklif etdiyi və heç də pis görünməyən vizyona uyğun olanı budur - Dağlıq Qarabağın iqtisadi və siyasi reinteqrasiyası (economic and political reintegration of Nagorno-Karabakh). Ancaq Azərbaycanca "reinteqrasiya" tikanlı xarici söz kimi səslənir deyə tərəddüd edirəm.