54 saylı Şabran-Siyəzən seçki dairəsinin dairə seçki komissiyasının sədri Saleh Təhməzov Müsavat Partiyasının deputatlığa namizədi Mərdan Mehdilinin imza vərəqələrini təhvil almaqdan imtina edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə M.Mehdi özü məlumat verib.
“İki gündür DSK bizdən sənədləri təhvil almır, deyirlər ki, sədr yoxdur. Bu gün səlahiyyətli nümayəndəmlə birlikdə nəhayət DSK sədri Saleh Təhməzovu tuta bildik. Mənə açıq dedi ki, sizdən sənədləri götürməyəcəm, gedin hara istəyirsiz şikayət edin. Səbəbini soruşduqda dedi ki, bilirik əsas rəqib sizsiz” - Mərdan Mehdili bildirib.