BURADA REKLAMINIZ OLA
BİLƏR

“Millət vəkillərinin şəkillərini paylaşaraq təhqirlər yazmağa çağırırlar” – Fazil Mustafa

“Qələbə bu milləti necə sevindiribsə, bu millətin düşmənlərini də o cür azğınlaşdırıb. Baxıram, ermənidən, farsdan, fransızdan  dönmələr millət vəkillərinin şəkillərini paylaşaraq təhqirlər yazmağa çağırırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

F.Mustafa bildirib ki, şəhidlər, qazilər üzərindən yenə də spekulyasiya aparmağa cəhd edirlər: “Halbuki dövlətimiz bir-birinin ardınca bu ailələrlə bağlı tədbirləri həyata keçirir, müavinətlər təyin edir, bank borclarını bağlayır, övladlarının təhsil haqqını ödəməkdən azad edir və onlarla bu kimi problemlərini çözməyə çalışır. Bütün bu prosesi millət vəkilləri də dəstəkləyir, bununla bağlı təkliflər verir və qəhrəman ordumuzun şəhidlərinə və qazilərinə hər cür yardım edirlər. Ona görə də bütün Azərbaycansevərlərin diqqətli olması vacibdir. Diqqət edin, bütün bu cür təxribatçı paylaşımlar edənlərin, təhqiramiz rəy yazanların səhifələrində erməni simvolikaları, molla əmmamələri, separatçılıq təzahürləri görəcəksiniz, bilərəkdən millətin diqqətini başqa istiqamətə yönəltməyə çalışırlar. Etiraf edim ki, xarici qüvvələrin sosial şəbəkə üzərindən Azərbaycan informasiya məkanı yönləndirmə cəhdlərinə qarşı mübarizə bizdə çox zəif aparılır, ixtisaslaşma çox aşağı səviyyədədir və məlum yaramazlar illərdir millətini, dövlətini düşünən, onun maraqlarını qoruyan insanları sürü şəklində rahatlıqla linç etməyə bacarırlar. Bilgisiz, cahil insanlarımızı da bu prosesə qoşmaq çox asanlaşıb. Ancaq unutmayın, bu ölkəmizin təhlükəsizliyinə yönələn sistemli çalışmalardır və hansısa azərbaycanlı, xüsusilə də ordumuzun bu böyük qələbəsindən sonra bu təxribatçılarını əlində alətə çevrilməməlidir”.

Tarix: 3 Dekabr 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin