BURADA REKLAMINIZ OLA
BİLƏR

Söz ustadı: “Özümə yeni “hamam” tikdirərəm”

“Heç zaman gözlədiyimiz olmur, gözlənilməzlər olur. Ona görə mən yenə də söz-söhbətlər gözləyirəm ki, rəvanlıq olsun. Küsülü olduğum insanları özümə yük bilmirəm. Görsəm ki, səhvim var, gəlib üzr istəyərəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında məşhur şairə və söz ustadı Nazilə Səfərli deyib. Verilişdə qonaq olan sənətçi, fikirlərini daha kəskin formada dilə gətirib:

 

“Mən “danqabaşlar”dan üzr istəyə bilmərəm. “Köhnə hamam, köhnə tas” mənimlə küsülü olan insanlardırsa, mən onlarla 2020-ci ilə getmirəm. Onlar elə köhnə ildə qalsın. Mən özümə yeni “hamam” tikdirərəm (gülür)”.

Tarix: 30 Dekabr 2019, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin