Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Kəramət Böyükçölün atası Prezidentə müraciət etdi - “Bəzi köhnə ünsürlər...”

1 368
Paylaş:
Kəramət Böyükçölün atası Prezidentə müraciət etdi -       “Bəzi köhnə ünsürlər...”

Deputatlığa namizədliyini irəli sürən yazıçı Kəramət Böyükçölün atası şair Qəşəm Nəcəfzadə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident, gənc yazıçı, Bakı Dövlət Universitetinin işçisi Kəramət Böyükçöl (Nəcəfov) Sizin son dövr apardığınız islahatlara, demokratiyaya, gənclər haqqında dediyiniz xoş sözlərə güvənərək 80 saylı İmişli - Beyləqan seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb. O, kənd - kənd gəzərək qeydiyyat üçün imza toplayıb, seçicilərlə görüşüb, onu sevirlər, dəstəkləyirlər. Amma bəzi köhnə ünsürlər ona əngəl olmağa çalışırlar. Cənab Prezident, inanırıq ki, Siz belə gəncələri qoruyacaqsınız!”

Paylaş:

Ən son xəbərlər