BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev imza toplayır

Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasına start verilib.

 

Pravda.az xəbər verir ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Naqif Həmzəyev seçicilərinin mənzillərində olub, onlardan imza toplayıb. N.Həmzəyevin millət vəkili seçilməsinə imzalarını atan seçicilər namizədə xeyir-dualarını verib, qələbə qazanmasını arzu ediblər.

 

Seçicilər həmçinin ölkədə həyata keçirilən islahatlar prosesini, görülən işləri, atılan addımları bir vətəndaş olaraq, dəstəklədiklərini ifadə edib, Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən islahatların, dəyişikliklərin və yeniliklərin insanlarda gələcəyə doğru böyük inam və ümid yaratdığını dilə gətirib, ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, N.Həmzəyev növbədənkənar parlament seçkilərində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülüb.

 

Tarix: 31 Dekabr 2019, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin