“Xarici köçənlərin hamısını eyni xasiyyətdə, düşüncədə qəbul etmək olmaz. Onların arasında Azərbaycan xalqını layiqincə təmsil edənlər kifayət qədərdir. Amma bununla belə elələri var ki, xarici ölkəyə köçdükdən sonra da Azərbaycanda törətdiyi pis əməlləri orada da davam etdirməyi özünə rəva bilir. Çox maraqlıdır ki, saxlanılan şəxslərin arasında Müsavat Partiyasının da üzvlərinin olduğu məlum olur”.
Bunu Pravda.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadənin sözlərinə görə, uzun müddətdir, cəmiyyətdə müzakirələr aparılırdı, faktlarla sübut edilirdi ki, müxalifət partiyalarının bəziləri, o cümlədən Müsavat Partiyası insanların xaricə miqrasiya etməsi üçün saxta vəsiqələr verir: “Həmin şəxslər barəsində guya təzyiqə məruz qalmaları ilə bağlı saxta arayışlar tərtib edirlər. Nəticə göz qabağındadır. Bunu, artıq biz demirik, Almaniya hökuməti deyir... Bu, bir daha göstərir ki, qanuna hörmət etmək, çirkin işlərdən uzaq olmaq lazımdır. Heç bir zaman dövləti aldatmaq sona qədər davam edə bilməz. Hesab edirəm ki, Azərbaycanda özünü mənfi tərəfdən göstərən insanlar xaricə köçdükdə də eyni əməlləri davam etdirirlər”.
Xatırladaq ki, noyabrın 13-də Almaniyada Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər bunlardır:
1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,
2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,