Xoşbəxt qadınam. Hər bir qadının ana olmaq kimi ürəyində arzusu var. Mən isə bunun üç qatını yaşayıram. Bundan artıq mənə heç nə lazım deyil.
Pravda.az-ın xəbərinə görə, bunu məşhur aktrisa Sevinc Əliyeva deyib. “Dalan” filmində çəkildiyi açıq-saçıq səhnələrə görə tənqid olunan məşhur obrazına görə peşman olmadığını söyləyib, bu məsələni şişirtdiklərinə görə izləyiciləri qınadı:
“Bu filmə çəkildiyimə görə təbii ki, peşman olmadım. Çəkildiyim açıq-saçıq səhnələri isə çox qabartdılar. Kadrlara diqqətlə baxsaz, orada heç bir şey yox idi. Çox şişirtdilər. Nə Türkiyədə, nə Rusiyada, heç Hollivudda belə aktyor və aktrisaların çəkildiyi ehtiraslı səhnələri bizim qədər şişirtmirlər. Bizim canımızda var nələrisə qabartmaq. Orada tərbiyəsizlik yox idi.
Yazıb-pozulduğu kimi əgər filmdə aktrisa açıq-saçıqlığı versəydi, bu artıq dram deyil, başqa janrda olacaqdı. Bu filmdə belə şey yox idi. Yadıma gəlir ki, iki əvvəl təsadüfən “İnstagram” səhifəmdə paylaşdığım bir foto başımı çox ağrıtdı. Haqqımda yenidən ərə gedəcəyəm kimi bir şey çıxartdılar. O zaman mənə yazılan şərhləri bir-bir oxuyurdum. İzləyicilərin əksəriyyəti məni dəstəklədilər və müdafiəmə qalxdılar”.
“Mədəni tənqidə açığam. Tənqidin əgər düz tərəfi varsa, normal qəbul edirəm. Amma təhqirə sakit qalmaq, susmaq olmur” deyən Sevinc fikirlərini bu cür davam etdi:
“Mən “İnstagram” hesabımda yazılan rəylərin heç birini silmirəm. Heç kim mənim yanımda o qırmızı cızığı keçə bilməz. Sosial şəbəkədə yazılan neqativ dolu rəylərdən xəbərim belə yoxdur, çünki oxumuram”.
Özünü şou-biznesə aid etməyən aktrisa həmkarlarından fərqli olaraq, hamı ilə mehriban münasibətdə olduğunu dedi: