Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

"Bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı" - Sahibə Qafarova

966
Paylaş:
"Bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı" -       Sahibə Qafarova

“Dünən Azadlıq meydanında möhtəşəm zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, paradda Türkiyənin əsgər və zabitlərinin iştirakı bayram abı-havasını daha da artırıb: “Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Prezidentin də dediyi kimi, Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”.

Paylaş:

Ən son xəbərlər