BURADA REKLAMINIZ OLA
BİLƏR

Elza “Yolka” oldu - FOTO

Əməkdar artist Elza Seyidcahanın yeni imici tamaşaçıların marağına səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, müğənni Yeni ilə görə etdirdiyi fotosesiya ilə diqqət çəkib. Fotolardan da göründüyü kimi Elza Seyidcahan öz geyimi və makiyajı ilə Yeni il abu-havası yaradıb. Üzərindəki şam ağacı budaqları və Yeni il üçün nəzərdə tutulan şam ağacı oyuncaqları fərqli imicin göstəricisidir.

 

Əməkdar artist Elza Seyidcahan yeni imici ilə bağlı Big.az-a açıqlama verib. O, bildirib ki, əslində bu fotoların fərqli anlamları var:

"Bu libas təbii şam ağacının budaqlarından və Yeni il oyuncaqlarından hazırlanıb. Əlimdə gördüyünüz çətir də şam ağacının budaqlarından hazırlanıb. Bu çətirin çox gözəl mənası var. Yəni qarşıdan gələn 2020-ci ildə Allah bizim ölkəni, vətənimiz Azərbaycanı tufandan, qasırğadan, pis hadisələrdən qorusun. Başda cənab Prezidentimiz İlham Əliyev və onun xanımı, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla bütün ailə üzvlərini və bütün xalqımızı Allah qorusun. Mən əminəm ki, biz bu geyim layihələrimizi gün gələcək Qarabağda da həyata keçirəcəyik".Big.az

Fotoları təqdim edirik
Tarix: 31 Dekabr 2019, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin