BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis generalının oğlu deputatlığa namizəd oldu - FOTO

Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev növbədənkənar parlament seçkilərində iştirak edir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Vəli Dünyamalıyevin seçki qərərgahından məlumat verilib.

 

Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən digər namizəd isə deputat Musa Uruddur. Onun Gəncəni seçməsi isə təsadüfü olmayıb. Belə ki, atası Zahid Dünyamalıyev sovetlərin çökməsi və müstəqilliyin ilk dönəmlərində Gəncənin polis rəisi olub. Şəhərdə böyük hörmət qazanan mərhum generalın övladlarına da gəncəlilərin eyni münasibəti qalmaqdadır. Vəli Dünyamalıyevin özünə gəldikdə isə qeyd edək ki, o, şagird kimi  ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub. Ali təhsilini  BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir. Ailəlidir, 2 övlad atasıdır. (Gununsesi.org)

Fotoları təqdim edirik
Tarix: 31 Dekabr 2019, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin