Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şeiri Tvitterdə paylaşaraq fikirlərini bölüşüb.
“Arazı ayırdılar, hətta qopardılar” – Baxçalı
Pravda.az xəbər verir ki, siyasətçi şeirin müzakirələrə səbəb olan misralarını paylaşaraq yazıb:
“Bu şeirin nəyi səhvdir? Ermənistana açıq şəkildə dəstək verənlər bizə nə başa salırlar? Arazı ayırdılar, hətta qopardılar”.