“Qarabağ artıq dondurulmuş münaqişə deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılan möhtəşəm zəfərdir”.
Ərdoğan: “Bundan sonra bölgədə...”
Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə Qafqazda yeni dövrün qapıları açılıb:
“Bundan sonra bölgədə münaqişə əvəzinə sülh, gərginlik əvəzinə əməkdaşlıq, düşmənçilik əvəzinə yaxşı qonşuluq münasibətləri ilə yeni status-kvo qurulacaq”.