Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

ATƏT PA-nın prezidenti dəyişdi

767
Paylaş:
ATƏT PA-nın prezidenti dəyişdi

31 oktyabrda Gürcüstanda parlament seçkilərinin keçirilməsi və Gürcüstan parlamentinin yeni çağırışının fəaliyyətə başlaması ilə əlaqədar ATƏT PA-nın Prezidenti Georgi Tsereteli vəzifəsini tərk edib.

Pravda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, G.Tseretelinin vəzifəsini assambleyanın vitse-prezidenti, Böyük Britaniyadan olan Peter Lord Bovness təhvil alıb.

Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyasının üzvü olan Georgi Tsereteli 2017-ci ildən ATƏT PA-nın Prezidenti idi.

Paylaş:

Ən son xəbərlər