Reklam

“Biz ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik” – Natiq Cəfərli

“Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupu ilə danışıqları, onlara dediyi sözlər böyük əksəriyyətin xoşuna gəldi, çünki bu sözlərə və münasibətə ciddi əsas var idi. ATƏT-in Minsk Qrupu səfərə gəlmədən öncə yenə Madrid və Kazan prinsiplərindən danışırdılar, köhnə, mənasız, Azərbaycan əsgərinin darmadağın etdiyi formulları (5+2) yenidən masaya gətirmək, sanki yeni reallığı və hərbi qələbəni görmək istəmirdilər”.

 

Pravda.az-ın xəbərinə görə, eksert Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, ATƏT-lə münasibətlərin çox aşağı salınmasının, əhalidə bu quruma nifrət və rişxənd hissinin yaradılmasının qəti əlehinədir: “Nədəni də budur:

1) Biz ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik, ilk olaraq onara təklif etmək lazımdır ki, yeni reallığı nəzərə alıb yeni təkliflər hazırlasınlar. Əgər həmin təkliflər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində icmalararası münasibətlərin bərpasına, münaqişənin bütün nəticələrinin, o cümlədən 1988-ci ildə Ermənistan ərazisindən vəhşicəsinə deportasiya edilmiş 235 min azərbaycanlıların hüquqlarının bərpasına xidmət edəcəksə, dolayısıyla, Qarabağda olan erməni əsilli azərbaycanlıların nə hüququ olacaqsa, bunun eynisinin Ermənistanda azərbaycanlılar üçün təsis olunmasını ehtiva edəcəksə, onları dəstəkləməliyik.

 

2) Rusiya öz əsgərini ərazimizə soxmaqla və orada istədiyi kimi hərəkət etməklə Minsk Qrupuna ehtiyacın olmadığını göstərdi, yəni, bu gün ATƏT formatının tam sıradan çıxmasında məhz Kreml daha çox maraqlıdır. Çünki, Avropa təsisatlarının məsələdə yenidən aktiv rol olması onların planlarına mane ola bilər. Ona görə də, ATƏT-lə yeni münasibətlər formatı təsis etməklə biz Rusiyanın ərazimizdə çox da əl-qol açmasına maneələr yarada bilərik. Başqa sözlə, ATƏT-ə biz indi həm də Rusiyanın təkbaşına moderator olmasına mane olacaq institut kimi baxmalıyıq. Kremlin təkbaşına moderatorluğu bizə yaxşı heç nə vəəd etmir.

 

İndi kimsə deyə bilər ki, “ilanın ağına da lənət, qarasına da”, Qərb də bir zad deyil, elə Rusiyada, bu emosional “tostu” anlasam da, qəbul etmirəm. Dövlət siyasəti emosiyalarla olmur, qısa-orta-uzun vadəli düşünülmüş strategiyaya əsaslanaraq ağıllı taktiki addımlarla qurulur. Biz bölgədə yeni reallıq yarada bildik, artıq biz mütləq böyük düşünüb, böyük oynamağa borcluyuq. Bu yolda ən vacib elementlərdən biri dəngələri doğru qurmaq, böyük oyunçuların qaçılmaz maraq toqquşmalarından ustalıqla istifadə etməkdir...”

Tarix: 14 Dekabr 2020, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin