“Rusiyanı, İranı sevən, özlərinə Vətən sayan vətəndaşlarımız ona görə çoxdur ki, onlar hələ də Azərbaycanı sevə bilməyiblər, onu özlərinə Vətən saymırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Rusiyanı, İranı sevən, özlərinə Vətən sayan vətəndaşlarımız ona görə çoxdur ki, onlar hələ də Azərbaycanı sevə bilməyiblər, onu özlərinə Vətən saymırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, ən böyük problemlərdən biri də budur və problem onlardan da çox Azərbaycan dövlətinin, hər birimizin problemidir: “Dostunu, düşmənini müəyyən etmək üçün insan birinci növbədə özünü, öz vətənini anlamalı və sevməlidir. Bu isə birinci növbədə bu gün bərbad vəziyyətdə olan təhsil sistemindən asılıdır. Bundan başqa, əlbəttə, vətəndə sənin haqqın pozulanda, sənə vətəndaş yox, qul kimi baxılanda gözün başqalarının ətəyində olacaq. Əminəm ki, Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan sonra Azərbaycan hakimiyyəti vətəndaşının halal haqqını ona qaytaracaq, vətənin də onun qayğısına qaldığını göstərəcək. Bu gün mən də Rusiyanı, İranı özünə vətən sayanları, ən azından Vətən müharibəsi dövrü və ondan dərhal sonra düşməçiliklərini açıq şəkildə ortaya qoyanları müdafiə edənləri qınayıram. Ancaq onları özümə düşmən saymıram və bütün günahları da tək onlarda görmürəm. Həm də bu insanların əksəriyyətinin bilməyərəkdən bu yolda olduqlarına əminəm. Ona görə də bu problemin həll olunması bu gün dövlətdən başqa, həm də bizdən asılıdır. Biz onlara düşmən kimi baxmayıb, həqiqətləri anlatmaq istəsək, məsələ daha tez çözüləcək”.
Bu istiqamərdə Rusiyadan, İrandan aldıqları maddi dəstəyə görə canfəşanlıq edənlər, vətəndaşlarımızı bu yola çəkənlərlə isə xüsusi xidmət orqanları çox ciddi məşğul olmalıdırlar.