Reklam

Sabiq deputat: “Rusiya işğalçıdır, ikiüzlüdür, qeyri-səmimidir, terrorçuları silahlandırandır”

“Girovluqdan azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev suçsuz idilər. Öz dədə-baba torpaqlarına, Kəlbəcərə getmişdilər və terrorçu rejim tərəfindən həbs edilmişdi, üçüncü yoldaşları da öldürülmüşdü... Rusiya vətəndaşları olmalarına baxmayaraq, Rusiya dövləti də onların azadlığı üçün heç nə etmədi...Sağ olsun Azərbaycan Ordusu, əsgər-zabitlərimiz ki, erməni terrorçu hərbi birləşmələrini döyüş meydanlarında darmadağın etdi və nəticədə çoxlu sayda erməni bizə əsir düşdü... Əsirləri də anlaşmaya görə "hamının-hamıya" prinsipi ilə dəyişdiriliblər... Ədalətsiz dünyadır, ancaq bu dünyada güclü olanın sözü keçir, çalışaq ki, dövlətimiz həmişə güclü olsun!”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli deyib.

 

N.Bəydəmirli qeyd edib ki, Rusiya işğalçıdır, ikiüzlüdür, qeyri-səmimidir, terrorçuları silahlandırandır: “Rusiya ilə birgə heç bir layihədə olmamalıyıq!”

Tarix: 14 Dekabr 2020, 23:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin