“Rusiya sülhməramlı kontingenti fəaliyyətini normal şəkildə davam etdirir. Əsas odur, bölgədə atəşkəs elan olunub, müharibənin aktiv fazası arxada qalıb”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, hazırda azərbaycanlıların işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsinə hazırlıq prosesi gedir: “Gərgin iş gedir... Müəyyən təxribatların baş verməsinə gəldikdə isə, bu, iş prosesində olan şeylərdir”.
Partiya sədri Azərbaycanda hər hansı ölkənin hərbi bazalarının yerləşdirilməsini müsbət qiymətləndirmir: “Bilirsiniz ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat imzalayıblar. Bu bəyanatın müddəalarına riayət edilməli və dəyişiklik edilməməlidir”.
Kənan