BURADA REKLAMINIZ OLA
BİLƏR

Morninqstardan Qarabağla bağlı AÇIQLAMA

“Yeni prezident Cozef Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid edirəm”.

 

Pravda.az xəbər verir ki, bunu “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda “Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar bildirib.

 

“ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə - Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, - keçmiş səfir söyləyib.

 

O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir:

 

“Bu məsələdə Rusiya hələlik "öz kartlarını" gizli tutur. O, faktiki olaraq Ermənistanı tam fəlakətdən xilas edib, onun darmadağın olmasını istəməyib. Mən bu münaqişənin tamamilə həll olunmasını istərdim. Bu, regiondakı bütün ölkələrin, o cümlədən elə Ermənistanın da marağındadır. Lakin məsələnin yaxın vaxtlarda tam şəkildə həll olunacağını görmürəm”.

Tarix: 18 Dekabr 2020, 00:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin