“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.
Pravda.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.