Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

İcbari tibbi sığorta ilə bağlı VACİB XƏBƏR

1 291
Paylaş:
İcbari tibbi sığorta ilə bağlı     VACİB XƏBƏR

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən (164.1.51-ci maddə), icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır. Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.

Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

Paylaş:

Ən son xəbərlər