Rusiya "sülhmərmlı qüvvələrinin" Dağlıq Qarabağda fəaliyyəti, əsasən silahlı erməni birləşmələrini və separatçıları müdafiə etmək, Qarabağda ermənilərə ev tikmək, sosial şəraitlərini yaxşılaşdırmaq və Ermənistandan Xankəndiyə erməniləri köçürməkdir. Həmçinin fürsət düşən kimi hərbiçilərimizin nəzarətində olan kəndləri yaydıqları xəritəyə salmaq və ermənilərə verməkdir. Buna cəhdlər edirlər və nəticəsində Azərbaycan əsgərinin sərt müqaviməti ilə qarşılaşırlar.
Pravda.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə danışıb.
Politoloq Rusiya sülhməramlılarının Qarabağda ermənilərin Azərbaycan hərbiçilərinə qarşı təxribat və diversiya hərəkətlərinə qarışmadığını hətta buna şərati yaratdığını qeyd edib:
"Rusiya sülhmərmalıları silahlı erməni birləşmələrinin Azərbaycan hərbiçilərinə qarşı təxribat və diversiya hərəkətlərinə qarışmır, hətta şərait ayardır. Halbuki onların əsas işi və vəzifəsi belə bir təxribatların qarşısını almaqdır. Bundan əalvə, azərbaycanlıların bu ərazilərə köçünün qarşısını almaqdır. Məhz ona görə də Rusiya prezidenti V.Putin Qarabağın statusunu daima qabardır.
Azərbaycan hərbiçiləri hər gün onlarla erməni silahlı birləşmələrini ərazilərdən təmizləyir və əsir alır. Rusiya sülhmərmlı qüvvələrinin işini bizim hərbiçilər həyata keçirir.