Pravda.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
82 yaşlı deputat: “Səhhətim millət vəkili olmağıma imkan vermir”
A.Abiyev bildirib ki, hər şeyin həddi-hüdudu var: “Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.modern.az