Həkim pulmonoloq Əlizamin Sadıqovun COVİD-19 barədə yazısını təqdim edirik:
- Əgər ailədə bir adam COVİD-19-a tutulubsa, sözsüz hamı tutulub, analizin neqativ çıxmasına baxmayaraq. Analiz götürülmə vaxtından asılı olaraq yanlış neqativ göstərə bilər. Xəstəliyin 2-4-5-ci günləri analiz düzgün gostərir. Ona görə yoxlanan hər iki adamdan birində səhv gostərir.
Ona görə əlaqədə olanların analizi neqativ çıxsa da, COVİD sayılır. Simptomsuzlar 10 gün, əlamət olanlar 14 gün evde qalmalıdırlar. 80 faiz hallarda COVİD simptomsuz keçir.
- COVİD-in tüğyan elədiyi bir vaxtda adi qrip olmur, ən azından hamı maskada gəzdiyindən, həm də COVİD-19-un gücündən. Ona görə kataral əlamətləri olan analizi neqativ çıxan hər bir kəsə COVİD kimi baxılmalıdır. 14 gün evdə qalmalıdır. Bu arada, adi qrip COVİD-dən heç nə ilə ferqlənmir. Tək iybilmə dadbilmə burada çox pozulur.
- Bədən temperaturunun 37,4 dərəcəyə qədər olması norma sayılır. Egər başqa əlamətlər varsa, onda patologiya sayıla bilər.
- Asimptomatik COVİD xəstələrinə heç bir müalicə lazım deyil, sadəcə, 10 gün evdə qalmaları kifayətdir.
- Yüngül əlamətləri olan (iybilmə, dadbilmənin pozulması, kürəkdə ağrı, əzələ ağrıları, əllərin, ayaqların keyiməsi, paresteziyalar, qusma, diareya...) xəstələrə də mualicə lazım deyil, 14 gün evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə (diabetiklər, ürək xəstələri) antiviral və antikoaqulyant müalıcə təyin olunur.
- Antiviral dərmanlardan “Arbidol”u, “Erqoferon”u, “Tamiflu”nu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız “Favipravir” tam təsdiqini tapmasa da, xəstəliyin erkən fazalarında 8-ci gününə qədər təyin etdikdə effekt verir. Təngnəfəsliyi olan ağır xəstələrə, espirator distress sindromunda, sitokin qasırğasında favipravir təsir etmir, burada “Remdesevir” öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.
- Antikoaqulyantların (heparin, kleksan) təyini.Əgər d-dimer normanın aşagı səviyyəsi (500) 6 dəfə artarsa, yəni 3 000-dən yuxarı olarsa təyin olunur. Aspirinin d-dimerə heç bir təsiri yoxdur, o protrombin vaxtına təsir edir. Ona görə aspirini problemli xəstələr əvvəl qəbul edirdilərsə, eləcə də davam edirlər.
- Xəstəliyin əsas ağırlıq göstəricisi d-dimer və lımfositlərin sayına baxmaq lazımdır. Lımfositləri 0 olan xəstə ölür.
- Bütün həkimlər yüksək dozada Vit.C yazırlar. Ancaq bu, düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər arter-venoz trombozunu, insult, infarktı yaradır. Bu yandan da böyük doza vit.C qanı qatılaşdırır. Ümumiyyətlə, vitC-nin patoqenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır.
- Bütün Baki azitromisin içir, ancaq heç bir təsiri yoxdur. Xaricdə artıq azitromisin effektsiz bir dərman kimi sıradan çıxarılır, işlədilmir. Təyin etməyin azitromisini! Eyni zamanda bu lazımsız vitaminləri də təyin etmək lazım deyil, mənasızdır.