Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Nurlana Cəlil: “DSK sədrini tapa bilmirəm”

2 085
Paylaş:
Nurlana Cəlil: “DSK sədrini tapa bilmirəm”

110 saylı Zaqatala seçki dairəsindən Parlament seçkilərində namizədliyini irəli sürən Nurlana Cəlil ölkə başçısı İlham Əliyevə və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova teleqram göndərib.

Pravda.az-ın xəbərinə görə, o bildirib ki, DSK onu qeydə almamaq üçün süni maneələr yaradır.

"Ötən gün mənə dedilər ki, səhər gəl, yəni bu gün. Sənədlərini 100 faiz qəbul edəcəyik, heç yerə şikayət etmə. Səhər getdim, sədr yenə də ortada yoxdur. Dedilər ki, xəstə olduğu üçün işə çıxmayıb. Xahiş etdilər ki, gözləyim. Problemlə bağlı ölkə başçısına və MSK sədrinə teleqram göndərmişəm", - Nurlana Cəlil bildirib.

Nurlana Cəlil bir neçə gündür ki, analoji halla üzləşir. O, dekabrın 29-da yaydığı açıqlamada da DSK sədrini yerində tapa bilmədiyini demişdi. Ona DSK-da sədrin möhürü də götürüb Bakıya getdiyi bildirilmişdi. MSK-dan isə problemin araşdırıldığı bildirilib.arqument.az

Paylaş:

Ən son xəbərlər