“Azərbaycanın siyasi həyatının dünyada anoloqu olmayan xüsusiyyətlərindən biri də hakimiyyətə iddia etdiyini deyən və özünü müxalifət olaraq təqdim edən siyasi partiya və qurumların özünü "think thank (araşdırma institutları)", funksionerlərinin isə özlərini çox zaman politoloq və ya ekspert rolunda görmələridir. Siyasi təşkilatın və onun təmsilçisinin işi dəyişmək istədiyi hakimiyyətə təklif vermək deyil. Problemlərə dair müvafiq addımlar atmağı hakimiyyətdən tələb etmək və ya ictimai təzyiqi yönəldərək onu həll etməyə məcbur etməkdir. Bir də özünün proqramın təqdim edir ki, hakimiyyətə gələndə nə edəcək. Dünyanın inkişaf etmiş ölkələrini qoyaq kənara, heç olmasa Türkiyəyə baxın, heç görmüsünüz ki, CHP AKP-yə hansısa təkliflər versin?”
Pravda.az-ın xəbərinə görə, bunu Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib.
A.Qurbanov bildirib ki, problemləri araşdırmaq, təhlil etmək, təkliflərlə çıxış etmək sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının (QHT), ictimai qurumların, konsaltinq şirkətlərinin, ekspertlərin, mütəxəssislərin və s. işidir: “Siyasi partiyalar da öz kadrları hesabına və ya kənar resurlarla əməkdaşlıq etməklə problemləri araşdıra, təhlil edə və çıxış yolları müəyyənləşdirə bilər. Amma müxalif olan siyasi partiya nüfuzunu çıxış yollarına sahib olması barədə imic yaratmaqla, həmçinin ictimai təzyiq alətindən yararlanmaqla hakimiyyəti problemləri çözməyə vadar etməklə qazana bilir, hakimiyyətə təkliflər verməklə yox! Xatırlayırsınızsa "Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətini biz 2016-dan daha yaxından tanımağa başladıq. Həmin il iqtisadi böhran zamanı Azərbaycan hökuməti həmin şirkətə Strateji Yol Xəritəsi hazırlatmışdı. Bəzi resurların yazdığına görə, bu sənədə hakimiyyət 2 milyon ABŞ dolları ödəyib. İndi bu funksiyanı daxildə icra etmək istəyənlər, siyasi fəaliyyətinizi qoyun kənara, intelektual əməyinizi satın barı. Biz də deyək ki, bazar iqtisadiyyatıdır və intelektual zəhmətdən ödəniş əldə etmək kimi normal bir şey yoxdur. Heç olmasa öz əməyinizə qiymət verdiyinizi bilək. Yoxsa belə davam etdikdə iki şey çıxır ortaya: