Əməkdar artist Abbas Bağırov İctimai televiziyanın maraqlı layihəsində yer alıb.
Pravda.az-ın xəbərinə görə, ifaçı mərhum sənətçi Mirzə Babayevin obrazında səhnəyə çıxıb.
Əməkdar artist Abbas Bağırov İctimai televiziyanın maraqlı layihəsində yer alıb.
Pravda.az-ın xəbərinə görə, ifaçı mərhum sənətçi Mirzə Babayevin obrazında səhnəyə çıxıb.
Hazırlıq prosesindən görüntülər paylaşan A.Bağırov hisslərini belə ifadə edib:
“İctimai televiziyanın peşəkar heyətinin növbəti yaratdığı bu gözəl layihədə iştirakım çox fərqli və məsuliyyətli oldu. Həyatımda bu qədər həyəcan keçirməmişdim, çünki sənətkar Mirzə Babayev obrazı mənə həvalə olunmuşdur. Azərbaycanın ustad sənətkarları və onların çox dəyərli əsərlərini, musiqilərini bu cür yaşatdıqları üçün yaradıcı heyətə təşəkkürümü bildirirəm”.