Tanınmış gənc alim, Filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev (Elyar İslamoğlu) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Gənc alim deputatlığa namizədliyini irəli sürdü - FOTO
Pravda.az-ın xəbərinə görə, Ə.Vəliyev 9 saylı Binəqədi ikinci seçki dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb.
O deyib ki, sabahdan – yanvarın 3-dən seçici imzalarını toplamağa başlayacaq: “Əziz seçicilər, qapınızı alın açıqlığı, üz ağlığı ilə döyəcəm. Çünki hər zaman xalqımın yanında oldum, xalqımın səsini, problemlərini aidiyyatı qurumlara çatdırmağa çalışdım. İnşallah, birlikdə bacaracağıq. Qarşımızda görülməli çox işlər var”.