Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Bir sıra xərc istiqamətlərində artımlar baş verib” – Mikayıl Cabbarov

926
Paylaş:
“Bir sıra xərc istiqamətlərində artımlar baş verib” –     Mikayıl Cabbarov

“Cari ildə sərt karantin tədbirlərinin tədbiri Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, əsas kapitala investisiya qoyuluşları azalıb: “Maraqlı və müsbət hal ondan ibarətdir ki, özəl sektor üzrə investisiyalar 8% artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb. Bu, anlaşılan və təxmin ediləndir. Bir sıra xərc istiqamətlərində də artımlar baş verib. Yanvar-noyabr aylarında inflyasiya nəzərə alınmaqla, əhalinin gəlirləri düşüb. Biz ilin sonuna kimi proqnozlaşdırırıq ki, qeyri-neft sektoru ixracı təxminən 5,6% həcmində azalacaq. Bunun əsas səbəbi bizim əsas ticarət partnyorumuz olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir. Bu, bizim qarşımızda yeni bazarlara çıxışın zəruriliyini qoyur”.

Paylaş:

Ən son xəbərlər