Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Elman Rüstəmov: “İndi büdcənin yığcamlaşdırılmasına getsək...”

923
Paylaş:
Elman Rüstəmov: “İndi büdcənin yığcamlaşdırılmasına getsək...”

“Biz indi büdcənin yığcamlaşdırılmasına getsək, ciddi makroiqtisadi risklər yaradarıq”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökuməti çox ciddi və düşünülmüş iqtisadi manevrlər edir: “Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.

Paylaş:

Ən son xəbərlər